Kadir İnanırın ölümündən sonra QALMAQAL: Bütün var-dövlətini O QADINA VERDİ!

Kadir İnanırın ölümündən sonra QALMAQAL: Bütün var-dövlətini O QADINA VERDİ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeşilçam”ın əfsanəvi aktyoru Kadir İnanırın miras məhkəməsi təxirə salınıb, sənətkarın bacısı oğlu Levent İnanır isə vəsiyyətnaməyə kəskin etirazını bildirib.

Tribuna.az xəbər verir ki, bu barədə Sondakika.com nəşri məlumat yayıb.

Beykoz Məhkəməsində usta aktyorun 2015 və 2022-ci illərdə notarial qaydada təsdiqlətdiyi üç ayrı vəsiyyətnamənin açılması gözlənilirdi.

Lakin 28 varisdən bəzilərinin ünvan dəyişikliyi və məzuniyyət səbəbindən rəsmi bildirişləri ala bilməməsi ucbatından proses 17 dekabr saat 09:30-a saxlanılıb.

Məhkəmə iclasından sonra açıqlama verən Levent İnanır, dayısının bütün mirasını və filmlərinin müəllif hüquqlarını 27 illik həyat yoldaşı Jülide Kurala həvalə etdiyini iddia edərək hüquqi addımlar atacaqlarını vurğulayıb:

“Dayım nəinki bir qol saatını, bir qalstukunu belə bizə saxlamayıb. Bunu sağlam ağılla etdiyinə inanmırıq. Bütün filmlərinin müəllif hüquqlarını, hətta babamdan qalan miras paylarını belə Jülide Kurala həvalə edib. Jülide xanıma pay verməsi bizi üzməz, amma bütün soy-kökünü kənarlaşdırmaq Kadir İnanırın dünyagörüşünə ziddir. Biz maddi mirasın yox, ailənin tamamilə kənarda saxlanılmasının davasını edirik”.

Levent İnanır həmçinin aktyorun 2018-ci ildən bəri ağır sağlamlıq problemləri yaşadığını, reanimasiya şəraitində müalicə olunduğunu və iradəsinin zəiflədiyini qeyd edərək, qısa müddətdə üç dəfə vəsiyyətnamə dəyişdirilməsinin şübhə doğurduğunu bildirib.

26 iyun tarixində 77 yaşında müalicə aldığı xəstəxanada vəfat edən Kadir İnanırın miras davası ilə bağlı son qərarın dekabr ayında veriləcəyi gözlənilir.