13 metrlik “Müqəddəs Ölüm” heykəli mübahisə yaratdı

13 metrlik “Müqəddəs Ölüm” heykəli mübahisə yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın Santyaqo del Estero əyalətində yerləşən 13 metrlik “Müqəddəs Ölüm” (“San La Muerte”) heykəli ilə bağlı uzun müddətdir davam edən mübahisə yenidən gündəmə gəlib.

Tribuna.az xəbər verir ki, Argentinanın şimalındakı La Bajada bölgəsində yerləşən abidə ölüm kultuna inanan zəvvarların ziyarət etdiyi məkanlardan birinə çevrilib.

Buraya hər gün insanların gəldiyi, dualar etdiyi və yerinə yetirilmiş arzuları barədə danışaraq minnətdarlıqlarını ifadə etdikləri bildirilir.

Heykəlin müəllifi Daniel Oskar Kinteros 58 yaşında vəfat edib. Onun oğlu Maksimiliano Kinteros abidənin zəvvarlar üçün mühüm dini məkan olduğunu bildirib.

Bununla yanaşı, yerli sakinlər və vəkillər heykəlin tikintisinin qanuniliyinin araşdırılmasını tələb edirlər. Onlar hakimiyyət orqanlarına müraciət edərək tikilinin təhlükəsizlik normalarına uyğun olub-olmadığının müəyyənləşdirilməsini istəyiblər.

Mübahisə həmçinin heykəlin yerləşdiyi torpaqdan istifadə məsələsini də əhatə edir. Hakimiyyət orqanlarının abidənin gələcək taleyini müəyyənləşdirmək üçün müvafiq sənədləri araşdırmalı və texniki qiymətləndirmələr aparmalı olduğu bildirilir.

Qeyd edək ki, 13 metrlik “Müqəddəs Ölüm” heykəli 2006-cı ildə inşa edilib.