Bu müəllimlər sertifikasiyadan azad ediləcək

Bu müəllimlər sertifikasiyadan azad ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 min tamştatlı müəllim kontingenti yaradılacaq və onlar sertifikasiya imtahanından azad ediləcək.

Tribuna.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin “Pressinq” verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu prosesə 2027-ci ildən başlanılacaq.

Eşqi Bağırov qeyd edib ki, həmin müəllimlərin seçimi müəyyən meyarlar üzrə aparılacaq:

“İlk olaraq sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərmiş və bu işdə işləmək istəyən müəllimlərin seçimi nəzərdə tutulur”, – deyə o bildirib.