2026-cı ilin ilk yarısının nəticələrinə əsasən, Renault Clio Avropada yeni avtomobil bazarının ən çox satılan modeli olub.
Tribuna.az Focus2Move-a istinadən xəbər verir ki, Modelin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azalsa da, bazarda 1,8% pay əldə edərək liderliyini qoruyub.
Məlumata görə, Renault Clio-nun populyarlığı münasib qiyməti, yüksək yanacaq qənaəti və aşağı texniki xidmət xərcləri ilə izah olunur.
İkinci pillədə bazar payı 1,5% olan Volkswagen T-Roc qərarlaşıb. Üçüncü yeri isə əvvəlki mövqeyini itirən Dacia Sandero tutub.
Maraqlıdır ki, ilk onluqdakı modellərin əksəriyyətində satış azalması qeydə alınıb. Yalnız Tesla Model Y satışlarını əhəmiyyətli dərəcədə artıraraq 46,8% artım nümayiş etdirib.
Avropada ən çox satılan 10 avtomobil modeli:
- Renault Clio (-5,3%)
- Volkswagen T-Roc (-2,2%)
- Dacia Sandero (-15%)
- Tesla Model Y (+46,8%)
- Volkswagen Golf (-5,3%)
- Volkswagen Tiguan (-3,8%)
- Opel Corsa (-3,2%)
- Citroën C3 (-4,9%)
- Peugeot 2008 (-6,4%)
- Škoda Octavia (-2,6%)
İmran Kərimli









