Bakının mərkəzində yerləşən tarixi binada fast-food restoranı açıblar.
Tribuna.az xəbər verir ki, bu barədə Anar Əliyev sosial şəbəkədə paylaşım edib. O bildirib ki, tarixi abidəni eybəcər hala salıblar:
“Bir neçə il əvvəl Azadlıq prospektində yerləşən bu tarixi binanı hansısa elektronika dükanı reklamlarla eybəcər etmişdi.
İndi də “Popeyes” gəldi binanı bu vəziyyətə saldı.
Bu nədir axı? Tarixi binalara nəzarət yoxdurmu?”.
Gülşən Rəsul










