“Tasnim”: “Bakı ilə əlaqələri daha da dərinləşdirməliyik”

“Tasnim”: “Bakı ilə əlaqələri daha da dərinləşdirməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son iki ildə Tehran və Bakı arasındakı əlaqələr yaxşılaşma istiqamətində inkişaf edib”.

Tribuna.az xəbər verir ki, bu fikirlər İranda yayınlanan “Təsnim” Agentliyinin dərc etdiyi məqalədəndir.

Məqalədə deyilir ki, İran-Azərbaycan münasibətlərindəki yeni mərhələ Tehranın ABŞ tərəfindən həyata keçirilən “təcrid strategiyasına” qarşı siyasəti ilə də əlaqəlidir. “Bu gün Türkiyə, Azərbaycan və İraqla münasibətlər daha sabit mərhələyə keçib. İran və Azərbaycan arasında münasibətlər hazırda çox müsbət və konstruktiv mərhələdədir və bu tendensiyanın gələcəkdə daha da möhkəmləndirilməsi vacibdir”.

Fərda Uğur