Erməni disaporunun “sevimli” konqresmenlərindən olan Laura Fridman növbəti dəfə Azərbaycan əleyhinə hədyan danışıb.
Tribuna.az xəbər verir ki, o, erməni diasporunun Vaşinqtonda təşkil etdiyi çıxışında rəsmi Bakını “ittiham” edib.
Həmçinin bildirib ki, Qarabağda baş verənlərin unudulmasına imkan verilməməlidir. “ABŞ həbsdə olan bütün ermənilər qeyd-şərtsiz azad edilməsini tələb etməlidir”.
Fridman daha sonra vurğulayıb ki, Azərbaycana qarşı təzyiqləri artırmaq lazımdır. “Biz bu məsələdə təzyiqi dayandıra bilmərik. Və Azərbaycanın hücumlarının heç bir nəticəsi ilə üzləşməməsi, sadəcə olaraq, Ermənistanın suveren ərazisində eyni şeyi davam etdirməsi üçün qapı açıb”.
Amerikalı konqresmen sonda qeyd edib ki, ABŞ Azərbaycana hərbi yardım göstərməyi dayandırmalıdır. “Qarabağdan zorla qovulmuş bütün insanların geri qayıtmaq hüququnu dəstəkləməli və Ermənistanın suverenliyini və təhlükəsizliyini qorumalı, onlara ABŞ hökumətinin dəstəyi ilə zəmanət verməliyik”.
Fərda Uğur









