Ermənilərin Kərki “dərdi”: Hərənin ağzından bir avaz gəlir

Ermənilərin Kərki “dərdi”: Hərənin ağzından bir avaz gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Kərki kəndi ətrafında müzakirələr davam edir.

Tribuna.az xəbər verir ki, 1991-cı ildə Ermənistan tərəfindən işğal edilmiş Azrbaycan kəndinin əsl sahibinə qatarılacağı xəbəri revanşistləri “dəli” edib.

Keçmiş deputat Hovik Ağazaryan bildirib ki, Kərkidən imtina etməyin alternativi yoxdur. “Amma yeganə çıxış yolu Başkəndə getməməkdir”.

“Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyan isə hesab edir ki, Kərkini heç bir şəkildə Azərbaycana qaytarmaq olmaz. “Biz hökumətin Kərki kəndini Azərbaycana verməməsi üçün hər şeyi edəcəyik”.

Dünən isə məlum olub ki, “Güclü Ermənistan” Partiyasından olan deputatlar aldıqları bonusları tam şəkildə Kərki kəndində məskunlaşdırılmış ermənilərə verəcəklər.

Fərda Uğur