“İslam NATO-sunun yaradılması qaçılmaz bir zərurətdir”.
Tribuna.az xəbər verir ki, bu fikirləri İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədəh Hüseyn Maliki səsləndirib.
O deyib ki, əgər İslam ölkələri arasında birlik və empatiya yaranarsa, Amerika və İsrail heç vaxt Fələstin, Livan və Yəməndə cinayətlərini davam etdirməyə cəsarət etməyəcəklər.
Qeyd edək ki, “İslam NATO-su” ideyası cəlbedici olsa da, onun reallaşması real deyil. Ona görə ki, İslam ölkələri arasında münasibətlər birmənalı deyil. Xüsusən İrana qarşı olan yanaşma sərtdir. Bu da son müharibələr zamanı Tehranın əksər müsəlman ölkələrini hədəfə almasıdır.
Fərda Uğur









