Nahapetyan: “Müharibə olarsa, Azərbaycan əsgəri 1.5 saata İrəvana çatacaq”

Nahapetyan: “Müharibə olarsa, Azərbaycan əsgəri 1.5 saata İrəvana çatacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“General Norat Ter-Qriqoryanın vətəndaşlıqdan imtina etməsinin səbəbi, onun Türkiyə ilə dost olan, Azərbaycan və Türkiyənin maraqlarına xidmət edən bir ölkənin vətəndaşı olmaq istəməməsi idi”.

Tribuna.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, Qarabağın 4 “prezident”indən 3-ü Bakıda, 1-i isə Yerevanda həbsdədir. “Onları həbs etməklə ruhumuzu qırırlar”.

Nahapetyan iddia edib ki, 1992-1994-cü illərdə Türkiyədən benzin və ərzaq alıblar. “1992-94-cü illərdə vəziyyətimiz çox çətin idi, çörəyimiz, yanacağımız və ərzaq ehtiyatlarımız gün üçün hesablanırdı. Məhz həmin diasporun sayəsində İslam dünyasından, xüsusən də Türkiyədən yanacaq və çörək bizə çatırdı”.

Hərbi ekspert bildirib ki, Azərbaycan Ermənistan hakimiyyəti qarşısında konkret bir vəzifə qoyub. “Qarabağı, “erməni soyqırımı”nı unutmaq”.

Nahapetyan qeyd edib ki, Prezident İlham Əliyev Qarabağ məsələsində çox ciddi xarakter nümayiş etdirib. “Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınanda, əminəm ki, Əliyev bütün dövlətlərin liderlərindən soruşmuşdu: əgər mənim nəzarətim altında olan ərazidə silahlı qruplar varsa, onların adı nədir: terrorçu qruplar? Və bu səbəbdən də öz dövlətinin ərazisində antiterror əməliyyatları aparmaq hüququna nail oldu”.

Erməni ekspert sonda vurğulayıb ki, əgər Azərbaycan Ordusu Ermənistana qarşı hərbi əməliyyatlara başlayarsa, İrəvana qədər gəlmək üçün onlara 1.5 saat bəs edəcək. “Əgər rus bazasını çıxarsanız, Azərbaycan qoşunları Arazdəyəndən İrəvana 1,5 saata çatacaq”.

Fərda Uğur