Siqaret insan orqanizminə ən çox zərər vuran vərdişlərdən biridir. Ürək-damar xəstəlikləri, ağciyər xərçəngi, tənəffüs problemləri və immun sisteminin zəifləməsi kimi onlarla ciddi fəsad siqaretin birbaşa nəticəsidir. Hər il minlərlə insan siqareti tərgitmək üçün dərman, plastır, saqqız və digər vasitələrə müraciət etsə də, çoxu uğur əldə etmir.
Tribuna.az-ın xəbərinə görə, uzman akupunktur mütəxəssisləri bildirirlər ki, bədənin müəyyən nöqtəsinə edilən tək bir akupunktur hərəkəti siqaretə olan asılılığı tamamilə dayandıra bilər.
Sözügedən üsulda bədənin enerjisini tənzimləyən nöqtələrə təsir göstərilərək, siqaretə qarşı yaranan istək və nikotin asılılığı bir neçə dəqiqə ərzində azaldılır. Üstəlik, bu metodda heç bir dərman və ya kimyəvi maddə istifadə edilmir.
Mütəxəssislərin sözlərinə görə, bu üsul həm bədəni nikotindən təmizləyir, həm də psixoloji asılılığın qarşısını alır.
Ətraflı videomaterialda izləyin və elə indicə yoxlayın:
Dəniz Pənahova









