“SEPARATÇILARIN TƏRKSİLAH PROSESİ BAŞLAMALIDIR…” – ŞƏRH

“SEPARATÇILARIN TƏRKSİLAH PROSESİ BAŞLAMALIDIR…” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülhməramlıların separatçıları silahlandırması qəbuledilməzdir. Rəsmi Bakı bu prosesin qarşısını ən qısa zamanda almalıdır. İlk növbədə bu barədə Azərbaycan tərəfi həm Rusiyaya, həm də sülhmərmalıların komandanlığına xəbərdarlıq etməlidir.

Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev Xankəndinə hələ də silah-sursat daşınması faktı ilə bağlı danışarkən deyib. T.Rzayev bildirib ki, bundan sonra Rusiya sülhməramlılarına gətirilən silah-sursat və texnika yalnız quru yolu ilə olmalıdır:

“Yəni müvafiq qaydada və rotasiya qaydalarına uyğun olaraq Laçın postundan keçməklə həyata keçirilməlidir.

Rusiya sülhməramlıları bütün bunlara baxmayaraq separatçıları silahlandırmağa davam edəcəyi təqdirdə rəsmi Bakı separatçıların təyin edilən postlarını zərbələr endirməli və bununla bir daha ciddiyyətini göstərməlidir.

Ümumiyyətlə erməni separatçılarının tərkisilah edilməsi prosesi mütləq şəkildə başlamalıdır. Rusiya sülhməramlıları bunu etmək iqtidarında yada istəyində deyilsə Azərbaycan özü prosesi reallaşdırmalıdır”.