SEPARATÇILAR DA TƏXRİBATA BAŞLADI… MƏQSƏD DANIŞIQLARI POZMAQDIR?

SEPARATÇILAR DA TƏXRİBATA BAŞLADI… MƏQSƏD DANIŞIQLARI POZMAQDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçılar da təxribatlara başlayıb. Dünən Zod istiqamətində baş verən atışmadan sonra bu gün Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində ordumuza qarşı 9 dəfə atəş açılıb.

Tribuna.az yazır ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, Ermənistanın sərhəddə törətdiyi təxribatla separatçıların açdığı atəş eyni hədəfə hesablanıb. Məqsəd danışıqlar masasındakı gündəliyi dəyişməyə çalışmaqdır:

“Bu təxribatlar separatçıların ordumuza qarşı atəş açdığı mövqelərinin legitim hədəf olaraq məhv edilməsini qaçılmaz edə bilər”.