Şəkidəki hadisənin yeni DETALLARI

Şəkidəki hadisənin yeni DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəki Yaylası” istirahət mərkəzində baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirən Ucal Bayramov Şəkiyə həyat yoldaşıyla evliliklərinin 1 ilini qeyd etməyə gedibmiş.

Tribuna.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı Ucal Bayramov Akademik Zərifə Əliyeva adına liseyin məzunu olub.

Həmçinin onun ötən ilin sentyabrın 7-də evləndiyi məlum olub.

Onların Şəkiyə evliliklərinin bir ilini qeyd etmək məqsədilə getdikləri bildirilir.

Qeyd edək ki, istirahət mərkəzində hadisə qurbanlarından olan Coşqun Məmmədov kanatdan istifadə edən zaman tros qırılıb. Qopan tron yerdə olan Ucal Bayramova dəyib. Hadisə nəticəsində hər iki gənc həyatını itirib.

Nigar İxtiyarqızı