Rusların erməniləri Xəlifəli-Qeybalı yolu ilə silah daşımaqda müşayiət etməsi onların sülhməramlı olmadığını bir daha isbat etdi. Tribuna.az-ın təhlil qrupu yazır ki, artıq Ordumuz bu yolu da nəzarətə götürməlidir. Çünki Rusiya bölgədə sülhyaratma missiyası həyata keçirmir, tərəf kimi çıxış edir. Ona görə Ordu həmin yolu da nəzarətə götürməlidir. Laçın yolunda nəzarət postu qurulmasına baxmayaraq, göründüyü kimi yenə də hansısa torpaq yollarla ermənilərin döyüş mövqelərinə hərbi texnika və canlı qüvvə daşınır. Söz Ordumuzundur!
Tribuna.az









