Ukrayna ordusu Rusiyanın 155-ci Əlahiddə Dəniz Briqadasının hissələrini tamamilə məhv edib.
TİA.AZ xəbər verir ki, bu barədə jurnalist Roman Tsimbalyuk məlumat verib.
Jurnalistin sözlərinə görə, Əlahiddə Dəniz Briqadasının təxminən 600 hərbçisi ölüb, eyni sayda yaralı var.
Roman Tsimbalyuk bildirib ki, düşmənin dəniz bölmələrin məhv edilməsinə səbəb briqada komandanlığının tələsik və səhv qərarlar verməsi olub.









