RUS POLİTOLOQ: KILIÇDAROĞLUNUN QƏLƏBƏSİ MOSKVAYA VƏ BAKIYA SƏRF ETMİR, ÇÜNKİ…

RUS POLİTOLOQ: KILIÇDAROĞLUNUN QƏLƏBƏSİ MOSKVAYA VƏ BAKIYA SƏRF ETMİR, ÇÜNKİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçkilərdə Kamal Kılıçdaroğlu qələbə qazansa, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması çətinləşəcək.

Tribuna.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksey Naumov deyib. Onun sözlərinə görə, Ərdoğanın məğlubiyyəti nə Azərbaycana, Nə də Rusiyaya sərf etmir:

“Kılıçdaroğlu ABŞ və avropalı həmkarları ilə qarşılıqlı fəaliyyətə diqqət yetirmək niyyətindədir, onun üçün Cənubi Qafqaz, Türkiyə və Azərbaycanın milli maraqlarının müdafiəsi önəmli olmayacaq.

Ərdoğanın seçkilərdə nə Azərbaycana, nə də Rusiyaya lazım olmayan məğlubiyyəti Cənubi Qafqazda sülh yolu ilə nizamlanmanın nəticəsini çətinləşdirə, gecikdirə və erməni separatçılarını arxayınlaşdıra bilər”.