Müğənni Mətanət Əsədova indiyə qədər rayonlarımızda və xaricdə istirahət etməməsindən gileylənib.
Tribuna xəbər verir ki, bu barədə sənətçi “Həmin Zaur” verilişində danışıb. O bildirib ki, həm xaricə, həm də bölgələrə yalnız toy məclisləri üçün gedib:
“Arzum İspaniya və Hindistanda istirahət etməkdir. Amma indiyə kimi, Biləcəridən o tərəfə keçməmişəm. Bölgələrdə və xaricdə el şənliklərində olmuşam. Lakin istirahət məqsədilə heç Azərbaycanın rayonlarında da bir gün belə dincəlməmişəm. O bəxt hələ mənə qismət olmayıb”.









