Quba bazarında bir qadına görə ara qarışdı, ağız davası başladı – VİDEO

Quba bazarında bir qadına görə ara qarışdı, ağız davası başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunda qısa geyim tərzi ilə diqqət çəkən qadın yerli sakinlər arasında müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, hadisə rayonun bazar ərazisində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, istirahət məqsədilə rayona gələn bir qadın bazara gedərkən seçdiyi qısa geyim tərzi ilə ətrafdakı insanların diqqətini cəlb edib.

Bildirildiyinə görə, bazarda çalışan bəzi satıcılar qadına geyiminin olduqca açıq olduğunu və belə bir məkan üçün uyğun sayılmadığını deyiblər. Bu iraddan sonra tərəflər arasında söz mübahisəsi yaranıb. Nəticədə yaranan gərginlik səbəbindən qadın bazar ərazisini tərk etmək məcburiyyətində qalıb.

Hadisə sosial şəbəkələrdə də müxtəlif reaksiyalarla qarşılanıb.

Musavat.com