Qəribə olay: Böcək qadının qulağında məskunlaşdı

Qəribə olay: Böcək qadının qulağında məskunlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İbtidai sinif müəllimi Lüsi Uayld qulağında yuva quran hörümçəyə görə xəstəxanaya yerləşdirilib. Tribuna.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

30 yaşlı üç uşaq anası əvvəlcə sağ qulağındakı çatlamanın kiçik bir qulaq kiri olduğunu düşünsə də, mikroskopik kameranı yerləşdirəndə nəhəng hörümçək görüb.

Qadın həşəratı öz başına qulağından çıxarmağa çalışsa da, bir neçə gün sonra qulağından qan axdığı üçün həkimə müraciət edib.

Nəhayət, qadın hörümçəyi qulağından çıxarmaq üçün təcili əməliyyat keçirib.

Lucy hələ də qulaq damcıları qəbul edir və etiraf edir ki, keçirdiyi sınaqdan bir ay sonra da özünü pis hiss edir.