“Qayınanamla nə vaxt danışdığımı unutmuşam, bizə BATA BİLMƏZLƏR”

“Qayınanamla nə vaxt danışdığımı unutmuşam, bizə BATA BİLMƏZLƏR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Qumral ailə həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Tribuna.az -ın məlumatına görə, sənətçi bildirib ki, qayınanası ilə demək olar ünsiyyət saxlamır:

“Qayınanamı heç yığmıram. Ən son nə vaxt danışdığımız yadımda deyil. Yoldaşımla danışıb, bizə də salam göndərib. Səmimi deyəcəyəm”.

Qumral əlavə edib ki, hər kəsin öz ailəsi və məsuliyyəti var:

“Nə edək? Onun da ailəsi var, mənim də valideynlərim, bacım var. Ailə bağlarına görə öz ailəmizi dağıdıb, söz-söhbət yarada bilmərik. Bunlar heç vaxt bizə bata bilməz”.

Müğənni vurğulayıb ki, hər kəsin öz dünyası və öz yuvası var: “Hər kəsin işığı öz evinə düşür”.

Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sənan Məmmədli