Hüquq müdafiəçisi və vəkil Zibeydə Sadıqova sosial şəbəkə hesabında 2026-cı ilin yanvar-may ayları ərzində mediada yayılan qadın qətlləri və qadınlara qarşı ağır zorakılıq faktlarının siyahısını paylaşıb.
Tribuna.az xəbər verir ki, paylaşımda son 5 ay ərzində müxtəlif bölgələrdə qadınların əsasən ərləri, keçmiş ərləri, oğulları, qohumları və yaxın çevrələrində olan şəxslər tərəfindən öldürüldüyü və ya bıçaqlandığı qeyd olunub.
Siyahıda yer alan bəzi hadisələr bunlardır:
24 may – Kürdəmirdə 21 yaşlı Lamiyə Bəşirova əri tərəfindən öldürülüb;
12 may – Göyçayda 31 yaşlı Vəfa Ağakərimova əri tərəfindən qətlə yetirilib;
2 may – Ağcabədidə 48 yaşlı Nəzakət Səlimova əri tərəfindən balta ilə öldürülüb;
11 aprel – Abşeronda 30 yaşlı Nuranə İskəndərli sevgilisi tərəfindən öldürülüb;
30 mart – Şəmkirdə 66 yaşlı Çiçək Sərdarova oğlu tərəfindən qətlə yetirilin;
23 fevral – Lənkəranda 61 yaşlı Balaqız Məmmədova əri tərəfindən ov tüfəngi ilə öldürülüb;
1 fevral – Cəlilabadda 14 yaşlı Həqiqət Nağıyeva əmisi tərəfindən öldürülüb.
Vəkil bildirib ki, qadınlara qarşı zorakılıq halları cəmiyyət üçün ciddi təhlükəyə çevrilib və bu istiqamətdə həm hüquqi mexanizmlərin, həm də profilaktik tədbirlərin gücləndirilməsinə ehtiyac var.
Mövzu sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İstifadəçilər qadın təhlükəsizliyi ilə bağlı daha sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Nigar İxtiyarqızı









