Putinin müharibənin başlaması ilə bağlı video bəyanatı ayın 21-də yazılıbmış

Putinin müharibənin başlaması ilə bağlı video bəyanatı ayın 21-də yazılıbmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putinin müharibə elan etməsinin videosu öncədən lentə alınıb. 
TİA.AZ xəbər verir ki, bu barədə “Novaya qazeta” videonun metadatasını öyrənərək yazıb.
Kremlin saytının məlumatına əsasən, çıxış bazar ertəsi, fevralın 21-i axşam lentə alınıb. Məhz o zaman Putin Təhlükəsizlik Şurasını toplayıb, sonra LDNR-in müstəqilliyini tanıyıb.
Fevralın 24-də Rusiya prezidenti ruslara təcili müraciət edib və Donbasda xüsusi hərbi əməliyyat elan edib. Dövlət başçısının sözlərinə görə, Ukrayna ərazilərinin işğalı Moskvanın planlarında yoxdur.
Qərb dövlətlərinin hakimiyyət orqanları və dünyanın aparıcı KİV-ləri dünən Rusiyanın Ukraynaya 48 saat ərzində müdaxilə edə biləcəyi barədə məlumat
 yaymışdı.