Piyada gəzməkdən daha çox fayda əldə etməyin yolu açıqlanıb

Piyada gəzməkdən daha çox fayda əldə etməyin yolu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alim bildirib ki, gəzinti zamanı tempi artırmaq onun faydasını əhəmiyyətli dərəcədə yüksəldir.

ABŞ-ın Çikaqo Universitetində çalışan exokardioqrafiya üzrə mütəxəssis Daniel Rubin gəzintidən daha çox effekt əldə etməyin yolunu açıqlayıb.

Tribuna.az xəbər verir ki, o, bu barədə The Sun nəşrinə danışıb.

Rubin qeyd edib ki, bir neçə ay ərzində həmkarları ilə birlikdə iki qrup yaşlı insan üzərində müşahidə aparıblar. Birinci qrup dəqiqədə orta hesabla 80 addım, ikinci qrup isə 100 addım tempində yeriyib.

“Əldə olunan nəticələr göstərdi ki, gəzinti tempinin artırılması funksional imkanların yaxşılaşması ilə əlaqəlidir”, – deyə alim bildirib.

Onun sözlərinə görə, gəzintinin faydasını artırmaq üçün tempi orta hesabla dəqiqədə 14 addım yüksəltmək kifayətdir.

Araşdırmaya əsasən, sürətli tempdə yerimək:

  • dözümlülüyü artırır
  • hərəkətliliyi yaxşılaşdırır
  • enerji səviyyəsini yüksəldir

Bundan əlavə, bu fiziki aktivlik qan-damar, ürək-ağciyər və immun sistemlərinə də müsbət təsir göstərir.

İmran Kərimli