Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı  – “Sizi sevirəm”

Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – “Sizi sevirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan səhər saatlarında Türkmənbaşı şəhərində velosipedlə yürüşə çıxıb.

Tribuna.az xəbər verir ki, Ermənistan Baş naziri sosial şəbəkə hesablarında bu barədə paylaşım edib və videonun sonunda əli ilə hər zaman etdiyi ürək simvolunu tutub.

Videoda diqqətçəkən məqam isə N.Paşinyanın həmin görüntüləri Azərbaycan dilində səslənən mahnının müşayiəti ilə paylaşması olub.

Mahnının sözlərinin Azərbaycan dilində olması Ermənistan hökumət başçısının izləyiciləri arasında müzakirələrə səbəb olub. Bəziləri Paşinyanın mahnının türkmən dilində olmasını zənn etdiyini bildirib.

Qeyd edək ki, sözügedən mahnını Zeynəb Həsəni adlı azərbaycanlı ifaçı oxuyub. Videodakı musiqinin janrından isə Paşinyanın sözügedən mahnının süni intellekt versiyasını dinlədiyini demək mümkündür.

Həmin görüntüləri təqdim edirik:

Tribuna.az