Tribuna.az xəbər verir ki, İstanbulun Etiler məhəlləsində it gəzdirərək aylıq 150 min TL (təxminən 8 250 AZN) qazandığını iddia edən bir şəxsin paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub.
Paylaşımda qeyd olunur ki, saatlıq qazanc 1500 TL-dir (təxminən 82 AZN). Gündə 4 it gəzdirilməsi halında aylıq gəlirin 150 min TL-yə (təxminən 8 250 AZN) çatdığı bildirilir.
Həmin şəxs paylaşımında belə deyib:
“Etiler-də it gəzdirirəm, saatı 1500 TL. Gündə 4 it gəzdirsəm, ayda 150 min edir. Xərc yoxdur, vergi yoxdur, fatura yoxdur. Yeganə sərmayəm vaxtımdır. Oxumayın, zəngin məhəllədə iş axtarın.”
Qısa zamanda geniş yayılan bu paylaşım xüsusilə gənclər arasında peşə seçimi və gəlir gözləntiləri ilə bağlı müzakirələr yaradıb.
İmran Kərimli









