Şairə Nazilə Səfərli Bakı-Tiflis-Bakı qatarı ilə Gürcüstana səfər edəcəyini açıqlayıb.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Şairə qatarla səyahəti sevdiyini bildirib:
“İnşallah, biz də gedərik. Altı ildən sonra qatar yolunun açılması çox yaxşı oldu”.
Nazilə Səfərli Bakı-Tiflis-Bakı marşrutu üzrə biletlərin qiymətinə də münasibət bildirib:
“Hər şey mənim istədiyim kimi olmur. Tarifi müəyyən edənlər yəqin belə məsləhət biliblər. Onsuz da Gürcüstana gedəndə bizi ərəb zənn edirlər, hər şeyi beşqat baha satırlar”.









