Muğandan geriyə bu görüntüləri qaldı… – VİDEO

Muğandan geriyə bu görüntüləri qaldı… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində minaya düşərək həlak olan 31 yaşlı Muğan Mətili musiqi ilə də məşğul olurmuş.

Tribuna.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ANAMA-nın əməkdaşı olan gəncin toyda qarmonda ifa edərkən çəkilmiş görüntüləri yayılıb.

Qeyd edək ki, M.Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayıb. Hadisə nəticəsində o həyatını itirib.

O, doğulduğu Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.