MN: Partlayış səsləri eşidiləcək

MN: Partlayış səsləri eşidiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6-10 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Tribuna.az -a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.