MİDA-nın mənzil satışını DTX araşdırsın – İTTİHAM

MİDA-nın mənzil satışını DTX araşdırsın – İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MİDA-nın bu gün həyata keçirdiyi mənzil satışı əməliyyatı hüquq mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Tribuna.az-ın məlumatına görə, bu barədə korporativ kommunikasiya və PR üzrə mütəxəssis İlham Aslanov bildirib.

O qeyd edib ki, sistem dondurularaq mənzillər 1 dəqiqə ərzində satılıb:

“Sistem dondusa bəs bu mənzillər 1 dəqiqə ərzində necə satıldı?!

Bunu edənlər və arxasında duran məmurlar qanun qarşısında cavab verməlidirlər”.

Qeyd edək ki, bu gün MİDA 672 mənzili satışa çıxarmışdı. Mənzillərin hamısı 1 dəqiqə ərzində satılıb.

Gülşən Rəsul