Sumqayıtda 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olan idmançı Mehman Xəlilovun məşq zalındakı görüntüsünə sakit baxmaq mümkün deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ancaq çoxları hesab edir ki, M.Sadıqova inayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 120.2.4. (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə cinayət işi açılmalı idi.
Ancaq hüquqşünaslar hesab edir ki, burada motiv qəsdən adam öldürmə yox qəsdən sağlamlığa ağır zərər vurmadır. Amma ortada xüsusi amansızlıq, köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə əlamətləri də var və zərərçəkən nəticədə ölüb.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bir neçə faktı da diqqətə çatdırıb. O bildirib ki, istintaq bu məsələni də gözardı etməməlidir və məşqçiyə qarşı açılan cinayət işinə biri daha əlavə edilməlidir:
“Məşqçinin hadisədən sonra uşağın xəstəxanaya çatdırılmasına mane olaraq taksi ilə Sumqayıtı bir neçə dəfə fırlanması ilə bağlı xəbərlər yayılıb. Əgər belədirsə, demək məşqçi azyaşlını həkimə vaxtında çatdırmayıb. Bəlkə də çatdırsaydı nəticə belə olmazdı. İstintaq bu məsləni gözardı etməməlidir. Onun əməli qiymətləndirilərkən Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş – Təhlükədə qoyma yəni- Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə əlavə edilməlidir”.
Tribuna.az










