Məleykə Abbaszadə DİM-dən getdi, BDU-nun rektoru təyin olundu – SƏRƏNCAM

Məleykə Abbaszadə DİM-dən getdi, BDU-nun rektoru təyin olundu – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məleykə Mehdi qızı Abbaszadə​ Azərbaycan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Tribuna.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamına əsasən, o, Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, Məleykə Abbaszadə 2016-cı ildən sözügedən vəzifəsini icra edirdi.