“Azercell”dən şikayətlər artır: “Balansdan meqabaytlar yoxa çıxır” – Foto

“Azercell”dən şikayətlər artır: “Balansdan meqabaytlar yoxa çıxır” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell” abunəçiləri internet paketindəki qalığın səbəbsiz azalmasından narazıdır.

Tribuna.az xəbər verir ki, bu barəfə sosial şəbəkədə Rəşad adlı “Azercell” abunıçisi yazıb.

O bildirib ki, “Kabinetim” tətbiqində internet qalığı 13 GB göstərildiyi halda, ertəsi gün bu rəqəm qəfil 4,78 GB-a düşüb.

Şikayətçi gecə ərzində bu qədər internetin hara sərf olunduğunu anlamadığını, tətbiqdə internet paketinin hansı istiqamətlərə istifadə edildiyini də görə bilmədiyini qeyd edib.

Şikayətçi məsələ ilə bağlı qaynar xəttə müraciət etsə də, operatorla əlaqə saxlamaq mümkün olmayıb. Müraciətə cavab olaraq isə problemin araşdırıla bilmədiyi bildirilib.

Abonent “Azercell”dən internet paketinin qalığının hansı səbəbdən bu qədər azaldığına aydınlıq gətirilməsini istəyir.

Qeyd edək ki, “Azercell”ə bağlı bu kimi şikayətlər çoxdur. Abonentlər balanslarından vəsaitin səbəbsiz silinməsi, internet paketlərinin gözlənilmədən azalması hallarının tez-tez baş verdiyini bildirirlər.

Vətəndaşların paylaşdığı foto faktı təqdim edirik.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul