Küveytdə göydələnə zərbə endirildi – Video

Küveytdə göydələnə zərbə endirildi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytdə Sosial Təminat Qurumunun binasına hücum edildiyi və nəticədə dağıntı olduğu bildirilib.

Tribuna.az-ın xəbərinə görə, hücumdan sonra Küveyt Kommunikasiya Mərkəzi məsələ ilə bağlı açıqlama yayıb.

Bəyanatda Sosial Təminat Qurumunun yerləşdiyi göydələnin hədəfə alındığı və insident nəticəsində obyektə maddi ziyan dəydiyi qeyd olunub.

Hadisə Küveyt Beynəlxalq Hava Limanı ərazisində yerləşən yanacaq anbarlarına edilən hücumlardan sonra baş verib.

Bundan əvvəl Küveyt ordusu hava limanına məxsus yanacaq anbarlarının bəzi pilotsuz uçuş aparatları (dronlar) tərəfindən hədəfə alındığını açıqlamışdı.

Sənan Məmmədli