“Rusiya iki il əvvəl Moskva, İrəvan və Bakının imzaladığı üçtərəfli sənədlərin icrasına sadiqdir”.
Tribuna.az yazır ki, bunu “Rossiya-1” telekanalında (VGTRK) “Moskva.Kremlin.Putin” proqramına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.“Biz ondan çıxış edirik ki, onlar hələ də həll üçün mübahisəsiz əsasdır. Razılaşmaya nail olmaq üçün isə üçlük üçün əldə edilmiş razılaşmaların yerinə yetirilməsi yolu ilə getmək lazımdır”, – Peskov bildirib.
Eyni zamanda, o, Rusiya ilə Ermənistan arasında münasibətlərin parlaq gələcəyinin olduğunu əmin edib. “Onlar tərəfdaşlıq, qabaqcıl tərəfdaşlıq, dərin tarixi kökləri olan xüsusi əlaqələr kimi inkişaf etməyə davam edirlər. Əminik ki, onların da parlaq gələcəyi var. Təbii ki, müəyyən həssas məqamlar var”, – deyə Peskov əlavə edib.









