Belarus Prezidenti Aleksandr Lukaşenko həmyerlisi qadınları onları hansısa kişi incitsə, bu barədə ona TikTok vasitəsilə yazmağa çağırıb.
Tribuna.az yazır ki, Lukaşenko bu təklifi 8 Mart ərəfəsində keçirilən dövlət mükafatlarının təqdimetmə mərasimində səsləndirib.
Əvvəlcə Lukaşenko zalda toplaşan belaruslu qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edib.
“Əgər bu günlərdə hansısa kişi sizi incitsə, bir yol tapın – axı bizim TikTok var. Mən hər səhər orada yazılanları oxuyuram, bəzən hətta gülməli hallarla da rastlaşıram… Mənə yazın”, – deyə prezident bildirib.
Lukaşenko əlavə edib ki, ona edilən hər müraciətə mütləq reaksiya verəcək.
Prezident həmçinin qeyd edib ki, onun Administrasiyasının rəhbəri Dmitri Krutoy belə məsələləri ondan da əvvəl nəzarətə götürəcək.
Qeyd edək ki, mərasim zamanı qadınların əksəriyyətinə beş və daha çox uşaq dünyaya gətirib böyütdüklərinə görə “Ana ordeni” təqdim olunub.
İmran Kərimli









