Kənd Təsərrüfati Nazirliyinə məxsus mərkəzin 4 milyon vergi borcu var

Kənd Təsərrüfati Nazirliyinə məxsus mərkəzin 4 milyon vergi borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfati Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin milyonlarla vergi borcu yaranıb.

Tribuna.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Mərkəzin Dövlət Vergi Xidmətinə 4.079.632,86 manat vergi borcu var. Qurumun bu qədər vergi borcunun yaranmasının səbəbi məlum deyil.
Qeyd edək ki, ötən ilin iyul ayında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin direktoru Məsud Xatibi vəzifəsindən azad olunaraq, təqaüdə yola salınıb.