İstanbulda məktəbdə bıçaqlı hücum olub
Tribuna.az DHA-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Başakşehir rayonunun Kayaşehir ərazisində yerləşən orta məktəbdə baş verib.
Səhər saatlarında məktəbdə şagirdlər arasında hələlik səbəbi məlum olmayan mübahisə yaranıb.
15 yaşlı şagird bıçaqla 8 məktəblini yaralayıb.
Xəsarət alan şagirdlər xəstəxanaya çatdırılıb.
Hadisəni törətdiyi müəyyən edilən məktəbli saxlanılıb. Araşdırma aparılır.









