İş görüşməsindəki təklifə etiraz edən qadın: “Biz nə yaşayırıq?”(VİDEO)

İş görüşməsindəki təklifə etiraz edən qadın: “Biz nə yaşayırıq?”(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir vətəndaşın iş görüşməsində qarşılaşdığı iş şəraiti və təklif edilən əmək haqqı müzakirələri yenidən gündəmə gətirib. Psixoloq olduğunu bildirən vətəndaş, klinikalardan birinə etdiyi iş müraciətində rastlaşdığı şərtlərə etiraz edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, vətəndaşın dediyinə görə, görüş zamanı klinikanın katib axtardığı bildirilsə də, bu vəzifəyə təmizlik işlərinin də daxil olduğu ifadə edilib. İş saatlarının səhər 08:30-dan axşam 20:30-a qədər olduğu, şənbə günləri də işin tələb olunduğu və nahar fasiləsinin olmadığı bildirilib. Təklif olunan əmək haqqı isə minimum əmək haqqı və sığorta olub.

Vətəndaş, görüş zamanı sığortanın “lütf” kimi təqdim edilməsinə əsəbiləşdiyini bildirərək, yaşananlara etiraz edib: “Biz nə yaşayırıq?”

Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.