İrəvandan separatçılara tərs şapalak: əmlakları müsadirə olunur

İrəvandan separatçılara tərs şapalak: əmlakları müsadirə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən Ermənistana sığınmış separatçılara qarşı hökumət bir sıra addımlar atmağa başlayıb.

Tribuna.az xəbər verir ki, onların vəkili Roman Yeritsyan artıq Şahramayanın mobil telefonunun müsadirə edildiyini bildirib.

O deyib ki, Şahramanyana qarşı bu addımın atılmasına səbəb 2023-cü il sentyabrında Xankəndi yaxınlığında YDM-in partlaması məsələsi olub. Məsələni araşdırmaq və digər əməliyyat axtarış tədbirləri ilə əlaqədar baş separatçının telefonu əlindən alınıb.

Amma Ermənistan hökumətinin separatçılara qarşı atdığı addımlar bununla yekunlaşmayıb. Məlum olub ki, uzun müddət Qarabağda müxtəlif “vəzifələr” tutmuş, Azərbaycan ordusuna qarşı döyüşmüş və buna görə “Dəmir Xaç” ordeni almış Feliks Qabrielyana da qarşı sanksiya tətbiq olunub. Belə ki, onun hazırda yaşadığı evin qanunsuz tikildiyi təsdiqlənib və həmin mənzili boşaltması tələb olunub.

Paralel olaraq, keçmiş müdafiə naziri Mikael Arzumanyana qarşı da analoji qayda tətbiq olunub. Onu mənzilindən çıxarılması tələbi qoyulub.

Yeritsiyan bildirib ki, İrəvanda fəaliyyət göstərərn separatçıların qərargahı da yaxın günlərdə boşaldılacaq. Onun sözlərinə görə, bununla bağlı məhkəmə qərarı mayın 22-də qüvvəyə minib və icrasının hər an baş tutması gözlənilir.

Fərda Uğur