İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran müharibənin başa çatması üçün şərtlərini açıqlayıb.

Tribuna.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Möhsən Rzayi danışıb.

O bildirib ki, sanksiyalar tam ləğv olunana qədər İran hərbi əməliyyatları dayandırmayacaq.

“Müharibə bütün ziyanın kompensasiyası, bütün iqtisadi sanksiyaların ləğvi və ABŞ-nin İranın daxili işlərinə müdaxilə etməyəcəyinə dair beynəlxalq hüquqi zəmanətlərin verilməsinə qədər davam edəcək”, – M.Rzayi vurğulayıb.