“İçkiyə görə toy yasa döndü” – Video

“İçkiyə görə toy yasa döndü” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Tribuna.az-ın məlumatına görə, 30 yaşlı Taleh Qurbanov 37 yaşlı Qəlbinur Məmmədova toy axşamı xəsarət yetirib.

O, aldığı xəsarətdən hadisə yerində vəfat edib.

“Aralarında problem olub. Həmin vaxt da birlikdə oturub yemək yeyiblər. Onlar yeznə-qayın olmayıb, qardaş kimi olublar. Evləri eyni həyətdədir, evlərin arasında heç hasar da yoxdur. Qətl hadisəsi törədib və dərhal gedib təslim olub. Xəstəxanaya çatdırdıq amma gec idi”, – deyə qohumlardan biri qeyd edib.

“Toy yasa döndü. Düşmənçilik yox idi. İçkili oldular belə oldu. İçki olmasaydı, belə şey olası deyildi”, – deyə digər qohum əlavə edib.

Daha ətraflı “Baku TV”nin süjetində: