Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü – TƏFƏRRÜAT

Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəsdən adam öldürməkdə ittiham olunan Katıf Gülməmmədlinin barəsindəki cinayət işi üzrə məhkəməsi başa çatıb.

 Tribuna.az-ın oxu.az-a istinadən məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2023-cü ildə baş verib. İttihama görə, Şəkidə qeydiyyatda olan 1998-ci il təvəllüdlü K.Gülməmmədov faktiki Bakıda yaşayıb. O, hərbi biletini götürmək üçün Şəkinin İnçə kəndinə – atasının yaşadığı evə gedib. Atası ilə münasibətləri normal olmayan Katıf evdə hərbi biletini axtarıb. O, daha sonra soyuducudan götürdüyü iki ədəd yumurtanı qaz sobasında bişirib yemək istəyərkən atası – 1959-cu il təvəllüdlü İsmayıl Gülüyev evə gəlib və onların arasında mübahisə yaranıb.

İ.Gülüyev yumurta bişirdiyi üçün ona irad tutub. Ata-oğul mübahisə edərkən İ.Gülüyev Katıfın anasının qəbrini və bacısını söyüb. Bundan əsəbiləşən Katıf atasını boğaraq öldürüb. O, daha sonra evi tərk edərək Bakı şəhərinə qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Katıf Gülməmmədli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı mayın Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və K.Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.