Hamamda oğlanla zəhərlənən o qız görün kimdir – Video

Hamamda oğlanla zəhərlənən o qız görün kimdir – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 19 yaşlı Ağdaş sakini Yusuf Mehmet oğlu Atalayla birgə hamam otağında dəm qazından zəhərlənən qızla bağlı bəzi məqamlar üzə çıxıb.

Tribuna.az xəbər verir ki, 14 yaşlı Yevlax sakini Təranə Mədxun qızı Bəkirovanın – “Gözəlliyi ilə hamını şoka salan dilənçi qız” fenomeni kimi tanındığı məlum olub.

Belə ki, 6 ay öncə dilənçi qızı bloger Nail Kəmərli küçədə dilənərkən tapmış və ona köməklik göstərmişdi.
N. Kəmərli onu gözəllik salonuna aparmış, T. Bəkirova gözəlliyi ilə görənləri heyran etmişdi.
Həmçinin məlum olub ki, T.Bəkirova daha əvvəl də polis tərəfindən saxlanılıbmış.
Belə ki, ötən ilin oktyabrında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olduğu bilinib. T.Bəkirova da o zaman saxlanılıb.

Xatırladaq ki, Bakıda 19 yaşlı Ağdaş sakini Yusuf Mehmet oğlu Atalay və 14 yaşlı Yevlax sakini Təranə Mədxun qızı Bəkirova Xətai rayonunda kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Ölən oğlanın da iki dəfə moped oğurlamaq şübhəsi ilə saxlandığı haqda xəbərlər var.

Gülşən Rəsul