Güclü qar Lerikdə bir ailəni evsiz qoydu – Video

Güclü qar Lerikdə bir ailəni evsiz qoydu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə güclü qarın ağırlığına tab gətirməyən evin dam örtüyü uçub.

Hadisə rayonun 1 metrdən çox qar yağan Hamarmeşə kəndində qeydə alınıb.

Belə ki, intensiv qar kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü sıradan çıxarıb. Xoşbəxtlikdən evdə ailə üzvlərindən xəsarət alan olmayıb.

Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb, əşyalar qonşuların köməyi ilə təhlükəsiz şəkildə yaxınlıqdakı evə daşınıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib.