Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə yola düşüb.
Tribuna.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Melaniya Arutyunyan məlumat yayıb.
“Baş nazir Parisdə Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Səfər çərçivəsində həmçinin Fransa Prezidenti Emmanuel Makronla görüş planlaşdırılıb”, – o deyib.
Paşinyanın Fransaya prezident təyyarəsi ilə deyil, adi reyslə yola düşdüyü bildirilir.
Qeyd edək ki, Ermənistan Baş nazirinin Fransaya son səfəri bu ilin mart ayında baş tutub.
Beynəlxalq Kosmik Sammit sentyabrın 9-10-u Parisdə Qran-Pale sərgi mərkəzində keçiriləcək. Tədbirdə 120-dən çox ölkədən nümayəndə heyətlərinin, o cümlədən dövlət və hökumət başçılarının, kosmik agentliklərin nümayəndələrinin, alimlərin və hərbçilərin iştirakı gözlənilir.









