Ən yaşlı seçicinin görün neçə yaşı var

Ən yaşlı seçicinin görün neçə yaşı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərin ümumi sayını açıqlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın 2026-cı ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair iclasında məlumat verib.

O bildirib ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 332 min 229 nəfərdir. Onların 47,6 faizi kişilər, 52,4 faizi isə qadınlardır.

“Ən yaşlı qadın seçici Lənkəran rayon sakini Əzizova Tamam Əli qızıdır (1890-cı il təvəllüdlü, 136 yaş). Ən yaşlı kişi seçici isə Tovuz rayon sakini Hacıyev Fərrux Səməd oğludur (1920-ci il təvəllüdlü, 106 yaş).

MSK sədri əlavə edib ki, yaşı 100 və yuxarı olan seçicilərin sayı 209 nəfərdir.