Əflatun Amaşov qəzaya düşüb – Oğlundan açıqlama

Əflatun Amaşov qəzaya düşüb – Oğlundan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşov qəza keçirib.

Tribuna.az nocomment.az-a istinadən xəbər verir ki, Ə.Amaşovun Bakı-Şamaxı yolunda avtomobili aşıb.

Hadisə vaxtı Ə.Amaşov xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb.

Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov “Yeni Sabah”a bildirib ki, hazırda atasının səhhəti yaxşıdır: “Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.