Ebru Gündeş beşinci dəfə ərə gedir

Ebru Gündeş beşinci dəfə ərə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Ebru Gündeşin yenidən evlənəcəyi iddia olunur.

Tribuna.az  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər verir.

“Gel konuşalım” proqramında səsləndirilən iddiaya görə, bu yaxınlarda cavanlaşmaq məqsədilə üzgərdirmə etdirən Gündeş beşinci dəfə evlənməyə hazırlaşır.

Proqramın aparıcısı Ece Erken canlı yayımda “Böyük şok” deyərək bu iddianı dilə gətirib. Erken “Hətta həkiminə qədər öyrəndim, amma buna cavab ala bilmədim” deyib. Aparıcı Mehmet Üstündağ isə “Yaxın dostları ilə birbaşa danışdım, sevgilisinin belə olmadığını dedilər”, deyə bildirib.

Qeyd edək ki, 51 yaşlı E.Gündeş ilk evliliyini hələ 16 yaşında olarkən Hamdi Vardar ilə edib. Daha sonra Ömər Durak ilə qısamüddətli münasibət yaşayıb. Ən çox danışılan evliliyi isə 2010-cu ildə Rıza Zarrab ilə olub və bu evlilikdən Alara adlı bir qızı dünyaya gəlib. Son olaraq 2024-cü ildə Dubayda Murat Osman Özdemir ilə evlənən Gündeş, bu münasibətinə 2025-ci ildə son qoyub.