Danla Bilic bədənindən çıxan dolğunu göstərdi- Foto

Danla Bilic bədənindən çıxan dolğunu göstərdi- Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial media fenomeni Danla Bilic 3 il əvvəl ombasına etdirdiyi uğursuz dolğu səbəbilə yenidən əməliyyat olunun. 5–ci dəfə əməliyyat olan Danla Bilic bədənindən çıxarılan maddəni izləyiciləri ilə paylaşıb.

Tribuna.az xəbər verir ki, sosial media fenomeni üç il əvvəl etdirdiyi omba böyütmə – aquafilling dolğusu səbəbilə uzun müddət sağlamlıq problemi yaşadığını bildirib. Onun sözlərinə görə, son üç ildə bir neçə dəfə əməliyyat olunub və vəziyyəti getdikcə daha da ağırlaşıb.

Fenomen sonuncu – 5-ci əməliyyatı zamanı bədənindən çıxarılan maddənin görüntüsünü də sosial şəbəkədə paylaşıb. Fotoda tibbi tullantı paketinə yerləşdirilmiş böyük miqdarda maddə əks olunub.

Paylaşımda o qeyd edib:

“Arada mesaj alıram ki, ‘sənin üzündən aquafilling etdirməyə qorxuram’. Buyurun, 5-ci əməliyyatımda bədənimdən çıxan maddə… Böyrəklərimə qədər yayılmışdı. Kürəyimə, ayaqlarıma qədər. Başqa hdç nə deməyəcəyəm”.

Gülşən Rəsul